10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Kriminal 2.02.2021 349

Dövlət sərhədinin etibarlı mühafizəsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Operativ24.Az-a verilən məlumata görə, DSX və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

29 yanvar tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar Gömrük avtomagistral yolunun yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində içərisində 3 nəfərin olduğu yaşıl rəngli Mersedes markalı 10-SU-801 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması sərhəd naryadının diqqətini cəlb edib.
Yolun kənarında gizli yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən şübhəli şəxs sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq qaçmağa çalışarkən saxlanılıb.

1974-cü il təvəllüdlü Bakı şəhər sakini Məlikov Pərviz Baba oğlu olduğu müəyyənləşdirilən şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 8 kiloqram 410 qram narkotik vasitə və psixotrop maddəyə (3 kq 275 qr “metamfetamin” və 5 kq 135 qr “tiryək”) oxşar maddələr aşkar olunaraq götürülüb.

Sərhədçilər tərəfindən P.Məlikovun saxlanılmasını müşahidə edən avtomobildəki digər şəxslər hadisə yerindən qaçmış, Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi ərazisində saxlanılmış, müqavimət göstərən avtomobil sürücüsü gömrük əməkdaşlarının xidməti avtomaşınına ziyan vurub.
Saxlanılan şəxslərin Bakı şəhər sakinləri 1978-ci il təvəllüdlü Həsənxanov Nəbi Yusif oğlu və 1987-ci il təvəllüdlü Süleymanova Elmira Sabir qızı olmaları, N.Həsənxanovun dəfələrlə müxtəlif cinayət hadisələrinin törədilməsinə, o cümlədən narkotik vasitələrin istifadəsinə görə məhkum edilməsi müəyyənləşdirilib.

Araşdırma zamanı P.Məlikov və E.Süleymanova törətdikləri cinayət əməlini etiraf edərək əraziyə narkotik vasitəni götürməyə gəldiklərini bildiriblər.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.






Starxeber Bizi instagramda izləyin