17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 1.02.2021 578

Səhiyyə Nazirliyi Respublika Gigiyena Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva hazırkı epidemioloji vəziyyəti qiymətləndirib.

Operativ24.Az  həmin müsahibəni təqdim edir:

Hazırda epidemioloji vəziyyəti necə qiymətləndirirsiz?

Azərbaycanda tətbiq edilən sərt karantin tədbirləri öz müsbət nəticələrini verib. Hazırda ölkədə yoluxma sayların azalması müşahidə olunur. Lakin tətbiq olunan qaydalara əhali tərəfindən riayət olunmazsa, xəstəliyin yenidən artması baş verə bilər. Bununla əlaqədar olaraq xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə 2021-ci ilin yanvar ayının 18-dən Azərbaycanda koronavirus infeksiyasına qarşı peyvəndləmə işlərinə start verilib. Vaksinasiyanın aparılması isə hələ xəstəliyin sona çatması və koronavirus üzərində tam qələbə demək deyil. Bundan sonra bir müddət daha hər kəs karantin rejiminin tələblərinə əməl etməli, sosial məsafə gözləməli, tibbi maska və digər qoruyucu vasitələrdən istifadəyə davam etməlidir. Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsinə və onların sağlamlığının qorunmasına xidmət edir.

Peyvəndlənmənin müsbət tərəfləri nədir və nə üçün tövsiyə olunur?

COVİD-19 infeksiyasına qarşı vaksinasiyanın aparılmasının əsas məqsədi əhali arasında kollektiv immunitetin yaranması, bu infeksiyanın yayılmasının qarşısının alınması və idarə edilən səviyyəyə çatdırılmasına nail olmaqdır. Yoluxma halları baş verdikdə belə vaksin vasitəsi ilə qazandığımız anticimlər sayəsində xəstəlik yüngül şəkildə keçiriləcək. Vaksinasiyada əsas məqsəd ağırlaşmaların və ölüm hallarının qarşısını almaqdır.

Ümumi əhalinin neçə faizi peyvəndlənmədən keçməlidir ki, kütləvi immunitet pandemiyaya öz təsirini göstərsin?

Əhali arasında xəstələnmə nəticəsində yaranan təbii immunitet və eyni zamanda vaksinasiya tədbirləri nəticəsində yaranan süni immunitet əhalinin 70%-də formalaşarsa, epidemik proses sönəcək.

Peyvəndlənmə dövrü ilə bağlı əhaliyə nə kimi məsləhətlər görürsüz?

Ölkədə vaksinasiya tədbirləri mərhələlərlə həyata keçirilir. Birinci mərhələdə əhalinin risk qrupları peyvənd olunacaq. Bu əhali qruplarına ilk növbədə tibb işçiləri, tənəffüs sisteminin xroniki xəstəlikləri olan şəxslər, yaşı 65 yaşdan yuxarı olan insanlar və digərləri aiddir.

Azərbaycanda istifadə olunan “CoronaVak “ vaksini təhlükəsiz və effektivdir.

Vaksinin effektivliyi klinik tədqiqatlar əsasında yüksək (91,5%) qiymətləndirilib.






Starxeber Bizi instagramda izləyin