22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Hadisə 29.01.2021 213

Lənkəranda məşhur “Palıdlı sahil” otelində yetkinlik yaşına çatmayan qıza qarşı seksual xarakterli hərəkətlər edən keçmiş polis əməkdaşı həbs edilib.

Lənkəran rayon prokurorluğundan Operativ24.Az-a verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində yetkinlik yaşına çatmayan Bəsti Cahanovaya (ad şərti olaraq qeyd edilib)  qarşı polis nəfəri Mirsahib Kazımzadənin seksual xarakterli hərəkətlər etməsi barədə məlumatlar yayılıb.

2006-cı il təvəllüdlü Bəsti Cahanovanın Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə polis nəfəri Mirsahib Kazımzadənin 26.08.2020-ci il tarixdə, saat 23 radələrində “Palıdlı sahil” otelində ona qarşı seksual xarakterli digər hərəkətlərin edilməsi barədə müraciəti əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb və 07.12.2020-ci il tarixdə  faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb.

30.09.2020-ci il tarixdə Mirsahib Kazımzadə daxili işlər orqanı əməkdaşının adına ləkə gətirən hərəkətlər etdiyinə görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Cinayət işi üzrə toplanmış sübutlar əsasında 27.01.2021-ci il tarixdə sabiq polis nəfəri Mirsahib Kazımzadə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaqın qısa müddət ərzində tamamlanaraq məhkəməyə göndərilməsi təmin ediləcək.






Starxeber Bizi instagramda izləyin